Ən güclü antibiotiklər - SİYAHI

Ən güclü antibiotiklər - SİYAHI
21:32 15 Yanvar 2015
197 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az musavat.com-a istinadən ən güclü təbii antibiotiklərin siyahısını təqdim edir.
Sarımsaq
 
Sarımsağın içərisində olan "allicin" maddəsi əsrlərdir insanları xəstəliklərə qarşı qoruyur. O, yaranın mikroba yoluxub qan zəhərlənməsinə yol açmasının da qarşısını alır.
 
Soğan
 
Sarımsaq ilə eyni ailəyə mənsub olan soğan, xüsusilə böcək və heyvan dişləmələrində dezinfeksiyaedici olaraq istifadə edilir.
 
Zəncəfil
 
Zəncəfil 200 ildən çox bir müddətdir alternativ tibb sahəsində ana maddə olaraq istifadə edilməkdədir. Antiimflamatuvar və antibakterial xüsusiyyətləri var. Qan şəkərində tarazlıq yaradır, ürək sağlamlığını dəstəkləyir və ağrı kəsici olaraq istifadə edilir.
 
Sarıkök
 
Cazibədar bir rəngi olan zərdəçal bədəni bakteriyalardan qoruyur. Dəri xəstəliklərinə yaxşı gəldiyi və yüngül kəsikləri yaxşılaşdırdığı deyilir. Daxili orqanlarımızdan qaraciyər, ürək və həzm sistemi orqanlarına faydalıdır.
 
Bal
 
Möcüzəvi qida deyincə ağla gələn ilk adlardan olan bal, alternativ tibb üçün olmazsa olmazlardandır. Antiviral, antiseptik, antienflamatuvar və antibakterial təsirləri var. Bəzi növ bakteriyaların böyüməsini mane olur.
 
Yaşıl çay
 
"Nortvestern" Universitetinin araşdırmaçıları yaşıl çayın tərkibində olan bəzi birləşmələrin bədənə zərər verməsinin qarşısını aldığını aşkar ediblər. Yaşıl çay immunitet sistemini gücləndirir, infeksiyalara qarşı bədənin müdafiə sistemini dəstəkləyir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR