Stalinin nəvəsinin şikayəti rədd olundu

Stalinin nəvəsinin şikayəti rədd olundu
21:37 15 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İnsan Haqları Məhkəməsi İosif Stalinin nəvələrindən birinin şikayətini rədd edib. Şikayət Stalini "qaniçən kannibal" adlandıran məqalə haqqındadır.

Milli.Az BBC-yə istinadən bildirir ki, Novaya Qazeta qəzetində çıxan məqalə Sovet diktatorunun 1940-cı ildə Katında polşalı məhbusların öldürülməsindəki rolu haqqında olub.
 
Stalinin nəvəsi Yevgeni Djuqaşviliyə əsasən bu məqalə onun məxfilik hüququnu pozub.
 
Lakin məhkəmənin qərarına görə, Stalin "qaçılmaz olaraq" tənqidə məruz qalacaq.
 
Kreml tənqidçisi olan Novaya Qazeta sözügedən məqaləni 2009-cu ildə çap edib.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR