Karateçilərimiz 2-ci Avropa Oyunlarına yola düşüblər

Karateçilərimiz 2-ci Avropa Oyunlarına yola düşüblər
14:08 26 İyun 2019
100 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan karateçiləri Belarusun paytaxtı Minskə, 2-ci Avropa Oyunlarına yola düşüblər.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində keçiriləcək.

Bu mötəbər yarışda ölkəmizi 7 karateçi təmsil edəcək. Avropa Oyunlarına vəsiqə qazanan karateçilərdən Roman Heydərov (kata), İrina Zaretska (-68 kq) və Asiman Qurbanlı (+84 kq) ayın 29-da mübarizə aparacaq. Nuranə Əliyeva (-50 kq), Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Rafael Ağayev (-75 kq) isə ertəsi gün tatamiyə çıxacaq.

Karateçilər Minskin Çijovka Arena kompleksində yarışacaqlar. 8 idmançı iki qrupa bölünərək ilk pillələr uğrunda döyüşəcək. Hər qrupdan iki ən güclü karateçi yarımfinalda qarşılaşacaq. Karate yarışlarını idarə edən hakimlər arasında beynəlxlaq hakim Cahangir Babayev də var.

Qaliblər 2-ci Avropa Oyunlarının qızıl medalı, məğlub olan idmançılar isə bürünc mükafat dəsti uğrunda mübarizə aparacaqlar. Hər çəki dərəcəsində oyunların 8 iştirakçısından 6 idmançı təsnifat xalları ilə seçilib, qalan 2 karateçilərdən biri təşkilatçı ölkənin təmsilçisi, digəri isə Avropa Karate Federasiyası (EKF) tərəfindən təyin olunub.

İdmançılarla bir yerdə Minskə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, İdarə heyətinin üzvü Fizuli Musayev, eləcə də baş məşqçilər Bahəddin Kandaz (kumite), Vahid Ayvazov (kata), böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və karateçilərin fərdi məçqçiləri yola düşüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3081696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR