Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub
16:08 26 İyun 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan və dünya bəstəkarlarının müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.

Hərbi orkestrlərin ifası yerli sakinlər və paytaxtımızın qonaqları tərəfindən maraqla qarşılanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/282995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR