Uşağın həyətdə tapdığı görənləri ŞOKA SALDI - Ailənin həyatı bir anda dəyişdi / FOTO

Böyük Britaniyada maraqlı hadisə baş verib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, həyətini səliqəyə salmaq üçün qazıntı işləri aparan qadın, maraqlı mənzərə ilə üzləşib. Qazıntı işləri zamanı yaxınlıqdakı torpaq qatı deformasiyaya uğrayıb. Nəticədə onun azyaşlı oğlu yaranan boşluğa düşüb. Ərazidəki boşluğun quruluşundan şübhələnən qadın, qazıntı işlərini genişləndirib və tunel aşkar edib. O, məsələ barədə müvafiq qurumla razılıq əldə edərək, tunelin tarixinin araşdırılmasını tələb edib.

Məlum olub ki, tikilinin tarixi ikinci dünya müharibəsi dövrünə aiddir. Tunel elektrik enerjisi ilə də təmin olub. Onun hansı məqsədlə istifadə edildiyi məlum deyil. Qadın tikilini tarixi muzey kimi istifadə və bundan gəlir əldə etməyi nəzərdə tutur.

Anar Türkeş / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR