"Neftçi"nin oyunu yarımçıq dayandırıldı

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün qardaş ölkədə növbəti yoxlama oyuna çıxıb.

Metbuat.az-ın Qol.az-a istinadən məlumatına görə, paytaxt təmsilçisi ikinci sınağında Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşıb. Ancaq "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasında keçirilən görüş yarımçıq qalıb. Oyun 11-ci dəqiqədə güclü duman səbəbindən yarımçıq dayandırılıb.

Qeyd edək ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR