"Minsk 2019": Azərbaycanlı dünya çempionu mübarizəni dayandırıb

"Minsk 2019": Azərbaycanlı dünya çempionu mübarizəni dayandırıb
21:57 26 İyun 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının növbəti qarşılaşmaları keçirilib.
"Report"un Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşündə Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxıb. 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev Gürcüstan idmançısı Otar Eranosyanla qarşılaşıb. Azərbaycanlı dünya çempionu 2:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu gün daha bir Azərbaycan boksçusu 1/4 final döyüşünü keçirəcək. Alfonso Dominges (81 kq) rinqə çıxacaq. Lorenso Sotomayor (69 kq) isə artıq yarımfinala yüksəlib.


Xəbərin orijinal ünvanı: https://report.az/avropa-oyunlari/minsk-2019-azerbaycanli-dunya-cempionu-mubarizeni-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR