"Qarabağ"ın rəqibi yenə uduzdu

"Qarabağ"ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Partizani" Sloveniyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.

Metbuat.az-ın Qol.az-a istinadən məlumatına görə, Albaniya klubu Sloveniyanın “Mura” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Komanda bundan əvvəl yoxlama görüşündə Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo”ya məğlub olmuşdu - 1:5.

Qeyd edək ki, “Qarabağ”la “Partizani” arasındakı ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması ilə bir həftə sonra Bakıda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR