Qrdumuz bütün müasir hərbi texnikalara malikdir - Nazir müavini

Qrdumuz bütün müasir hərbi texnikalara malikdir - Nazir müavini
01:03 27 İyun 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

"Bu il biz 5-ci yubiley “ARMY-2019“ Beynəlxalq Hərbi-Texniki forumunda iştirak etdik. Hər il bu forumda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi olaraq fəal iştirak etmişik. Bizim ordu Rusiya döyüş silahları və texnikası ilə sadəcə tanış deyil, həm də ordumuz bu silahlara sahibdir".

Publika.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiyadakı səfirliyinin 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli qəbulunda jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Nazir müavini bildirib: “Azərbaycan və Rusiya arasında hərbi texniki tərəfdaşlıq yüksək səviyyədədir. Sentyabr ayında Azərbaycanda iki dövlətin yüksək rütbəli hərbçilərinin növbəti görüşü planlaşdırılır. Görüş zamanı keçən dövrdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqda məruzələrimiz olur. Həmçinin, gələcəkdə hərbi texniki tərəfdaşlığın inkişafı üçün planları müzakirə edirik.”

Azərbaycan ordusunun reqionda ən güclü ordusu olduğunu bildirən Y.Musayev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətin peşəkarlığı və müasir silahlarla da fərqlənməkdədir.

“Azərbaycan ordusu reqionda ən güçlü ordudur. Bizim ordu bütün müasir hərbi texnikalara malikdir. Bundan başqa bizim orduda yüksək peşəkarlığı ilə seçilən əməkdaşlarımız var. Hərbçilərimiz Rusiya Federasiyası ilə yanaşı, dünyanın bir çox ölkələrində hərbi biliklərə yiyələnirlər.”


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/283040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR