Səfir: "Ordunun yaradılması ADR-in ən vacib qərarı idi"

Səfir: "Ordunun yaradılması ADR-in ən vacib qərarı idi"
01:22 27 İyun 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

"Ötən il 100 illiyini qeyd etdiyimiz ordunun yaradılması 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının birinci və mən deyərdim, ən əhəmiyyətli qərarı olub".
"Report"un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirliyin Moskvada 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli qəbulda deyib.
"Təəssüf ki, Azərbaycan Demokratik Respublikası az vaxt yaşadı. ADR iki il sonra süquta uğradı və Azərbaycanın dövlət müstəqilliyini yalnız 1991-ci ildə bərpa etdi. Müstəqilliyin birinci illəri ölkəmiz üçün çox ağır idi. Azərbaycan böyük problemlərlə rastlaşdı - iqtisadi tənəzzüllə, böhranla. Hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da ağırlaşdırırdı", - deyə səfir bildirib. 


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-ordunun-yaradilmasi-adr-in-en-vacib-qerari-idi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR