ABŞ-da "Boeing 737 MAX"da yeni potensial təhlükə tapılıb

ABŞ-da "Boeing 737 MAX"da yeni potensial təhlükə tapılıb
02:17 27 İyun 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi "Boeing 737 MAX"da yeni "potensial risk" aşkarlayıb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, şirkətə çatışmazlığı aradan qaldırmaq göstərişi verilib.
"Ən son məsələlərə gəlincə, Mülki Aviasiya Federal İdarəsinin keçirdiyi proses potensial problemlərin üzə çıxarılmasına yönəldilib. İdarə bu günlərdə potensial risk amilini aşkarlayıb, hansı ki, "Boeing" aradan qaldırmalıdır", - deyə müsahiblərdən biri agentliyə bildirib.
O, həmçinin qeyd edib ki, idarə "737 MAX" üçün yeni proqram təminatının yoxlanılması prosesinə olduqca diqqətlə yanaşır. Hələlik "Boeing 737 MAX"ın uçuşlara qayıdışının tarixi məlum deyil. İdarə təyyarələrin bu modellərinin uçuşlarına qadağanı onları təhlükəsiz hesab edəcəyi halda ləğv edəcək. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-boeing-737-max-da-yeni-potensial-risk-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR