Pribaltika, Gürcüstan, Polşa və Ukrayna nümayəndə heyətləri AŞPA-nı tərk edib

Pribaltika, Gürcüstan, Polşa və Ukrayna nümayəndə heyətləri AŞPA-nı tərk edib
04:22 27 İyun 2019
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ukrayna nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasını tərk edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ukrayna nümayəndə heyətinin üzvlərində biri deyib.

Nümayəndə heyətinin rəhbəri Vladimir Aryev bildirib ki, Ukraynanın gələcəkdə AŞPA-da olması məsələsinə iyulun 21-i keçiriləcək növbədənkənar seçkilər nəticəsində seçilərəck Ali Radanın yeni tərkibi qərar verəcək.

Ukrayna nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko bildirib ki, AŞPA-nın yay sessiyasını Ukrayna ilə yanaşı Estoniya, Latviya, Litva, Gürcüstan nümayəndə heyətləri və Polşa nümayəndə heyətinin bir hissəsi tərk edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3081856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR