Dərini cavanlaşdıran kokos və yumruta maskası

Dərini cavanlaşdıran kokos və yumruta maskası
04:58 27 İyun 2019
Ölkə mətbuatı
A- A+

Gözəlliyinin qayğısına qalan xanımlar bilir ki, yumurta dərinin elastikliyini bərpa edən effektiv vasitədir.

Publika.az bu yazıda oxuyucuları kakos yağı ilə hazırlanan maska resepti ilə tanış edib. Bu möcüzəvi maska dərini dartaraq təbii detoks təsiri göstərir. İlk tətbiqdən sonra onun gözəl təsirini hiss edəcəksiniz.

İnqrediyentlər:

1 yumurta ağı

1/2 çay qaşığı limon suyu

1/2 çay qaşığı kakos yağı

Hazırlanması:

Bir orta ölçülü yumurta alın və ağını sarısından ayırın. Ağı kiçik bir qaba əlavə edib qalın köpük əmələ gələnə qədər çalın. Sonra limon suyu, kakos yağı əlavə edin və yenidən qarışdırın.

Liftinq effektli maskanı üz və boyun nahiyəsinə çəkmək olar. Qarışıq tamamilə quruncaya qədər təxminən 5-10 dəqiqə saxlayın, sonra su və ya bitki çayı ilə yuyun. Optimal nəticə əldə etmək üçün həftədə 2 dəfə belə maska etmək kifayətdir. Ümid edirik ki, bu sübut olunmuş resept sizin üçün faydalı olacaqdır.

Aytən


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gozellik/282994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR