Tramp İranla bağlı danışıb - "Çox güclü mövqedəyik"

ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlamalar verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Fox Business" kanalına telefonla bağlanan Tramp sualları cavablandırıb. O bildirib ki, hər hansı ABŞ-İran çatışmasında İrana əsgər göndərməyi düşünmür:

"İrandan hər sahədə üstünük. İranla hər hansı bir müharibəyə başlamaq istəmirik. Əgər bir şey baş verərsə bunun uzun müddət davam etməyəcəyini bilirəm, çünki çox güclü mövqedəyik".

Həmçinin Tramp ABŞ-a aid pilotsuz uçan aparatın İran tərəfindən vurulmasından sonra İrana hücum qərarı verməməsini "mədəni bir davranış" adlandırıb.

Qeyd edək ki, Tramp cümə günü verdiyi açıqlamada İrana qarşı hava hücumu əmri verdiyini, lakin 150 iranlının öləcəyini bildikdən sonra əmri durduğunu açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR