Türkiyədə şəhər satılır

Türkiyədə şəhər satılır
21:42 15 Yanvar 2015
184 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyədə Bargilya adlı qədim şəhərin qalıqları satışa çıxarılıb. Tarixçilər şəhərin çiçəklənmə dövrünün Miladdan 5 əsr öncəyə təsadüf etdiyini bildirirlər.
Hazırda müasir qəsəbə boyda əraziyə sığan bu qədim şəhərin qalıqları Türkiyənin populyar istrahət mərkəzi olan Bodrum yarımadasının şimalında yerləşir.
Şəhərin satışı barədə elan əmlak satışı ilə məşğul olan BirGün şirkətinin vebsaytında yerləşdirilib.
 
Elanda Bargilya ərazisində tikinti işlərin aparılmasına qadağanın qoyulduğunun vurğulanması ilə yanaşı, sahənin arxeoloji əhəmiyyətə malik olduğu, Boğaziçi kəndinin Quş Cenneti gölünün yaxınlığında yerləşdiyi, ərazidən dəniz və gölə tam mənzərənin açıldığı qeyd olunub.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, qədim Bargilya şəhərinə elanda bildirildiyinə görə 22 milyon türk lirası (7,5 milyon AZN) məbləğində qiymət qoyulub.
İstisna olunmur ki, bu qədər pulu xərcləməyə heyfslənməyən alıcı indiyədək arxeoloji qazıntıların aparılmayan ərazidəki torpağın altında xeyli xəzinə tapa bilər.
Elanda Bargilya ərazisində amfiteatr qalıqları, məbəd, qədim hamam və Bizans erasına aid nekropol qalıqlarının olduğu bildirilib.
Arxeoloqlar bu şəhərin hökümət tərəfindən alınmasını arzulayırlar.
 
Onların qənaətincə, yalnız bu halda qədim şəhərə lazımı qayğı göstəriləcəyi və ərazinin qorunacağına ümid bəsləmək olar.
"Özəl sahibkarlıq burada arxeoloji fəaliyyəti məhdudlaşdıra bilər", Arxeoloji birliyin üzvü Binnur Çələbi deyib.
 
Bargilya şəhərinin adı hətta qədim yunan mifologiyasında da çəkilib.
 
Beləki, qədim yunan səlnamələrinə görə, əfsanəvi qəhraman Bellerofont qanadlı Pegasus atının zərbəsindən ölən dostu Bargilosun adını əbədiləşdirmək üçün bu şəhərə Bargilya adını verib.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR