Gözlənilməz ayrılıq! BOŞANDILAR - FOTO

Gözlənilməz ayrılıq! BOŞANDILAR - FOTO
11:38 27 İyun 2019
Ölkə mətbuatı
A- A+

“Halka” serialında baş rollardan birini ifa edən aktyor Kaan Yıldırım həyat yoldaşı Egi Eyuboğlundan boşanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ildə evlənən cütlük anlaşmalı olaraq ayrılmağa qərar verib. Bu barədə aktyorun həyat yoldaşı instaqramda məlumat yayıb.

Açıqlamada deyilir:

"Ezgi Eyüboğlu və Kaan Yıldırım birgə verdikləri qərar əsasında razılaşdırılmış olaraq boşanıb. Bundan sonrakı həyatlarında münasibətlərinə hörmət və ehtiram çərçivəsində dost qalaraq davam edəcəklər".

Məlumat üçün bildirək ki, cütlük 2013-cü ildə birgə rol aldıqları "Hey İstanbul" serialının çəkilişlərində tanış olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/283065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR