“Aeroflot” gələn aydan yanacaq ödənişlərini artıracaq

“Aeroflot” gələn aydan yanacaq ödənişlərini artıracaq
12:27 27 İyun 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Aeroflot” dövlət təyyarə şirkəti gələn aydan həm daxili, həm də MDB ölkələri və Gürcüstana uçuşlarının yanacaq ödənişlərini artıracaq.
“Report” şirkətin saytına istinadən xəbər verir ki, bu addım Moskva və Sankt-Peterburq hava limanlarından Azərbaycan da daxil olmaqla bir sıra MDB ölkələrinə uçuşlara şamil olunur. Belə ki, yanacaq ödənişlərinin məbləği 1080 rubldan 1449 rubladək artırılır.
Qeyd edək ki, 2018-ci ildə “Aeroflot”un mənfəəti dördqat azalaraq 5,7 milyard rubl təşkil etmişdi. Belə ki, əməliyyat məsrəfləri daşımalardan əldə olunan gəliri üstələmişdi. Bunun əsas səbəbi kimi şirkət yanacağın bahalaşmasını göstərib.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/aeroflot-gelen-aydan-yanacaq-odenislerini-artiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR