"Bunu Trampla görüşdə müzakirə edəciyik" - Rəcəb Tayyib Ərdoğan

Yaponiyanın Osaka şəhərində keçiriləcək "G-20 Zirvəsi"ndə iştirak etmək üçün Yaponiyaya gedən Türkiyə prezidenti R.T. Ərdoğan yerli qəzetə maraqlı açıqlamalar verib.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, "Nikkey" qəzetinə danışan Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə görüşü, Rusiyadan alınacaq S-400 sistemləri anlaşması, İstanbul Bələdiyyə seçkiləri, Türkiyə və Yaponiya arasında müzakirəsi davam edən iqtisadi ortaqlıq müqaviləsi haqqında fikirlər səsləndirib. O, Trampla bağlı bunları vurğulayıb:

"G-20 zirvəsi çərçivəsində ABŞ prezidenti Donald Trampla keçirəcəyim görüşün ikili münasibətlərimizdəki problemləri həll edəcəyinə və iş birliyimizi gücləndirəcəyinə inanıram. Həmçinin cənab Trampın növbəti ay Türkiyəyə ziyarəti də gündəmdədir."

Ərdoğan "S-400 raketlərinin alınmasından sonra Trampı Türkiyəyə sanksiya tətbiq etməməyə razı sala biləcəkmisiniz?" sualına belə cavab verib:

"S-400 hava müdafiə sistemlərinin alınması ölkəmizin təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün lazımlıdır. S-400 raketlərini almağımıza bu çərçivədən baxılmalıdır. Növbəti ay bu proses başlanılacaq. Məsələ ilə bağlı ABŞ ilə görüşlərimiz davam edir. Trampla görüşümüzdə bu məsələni detallı şəkildə danışacağımıza ümid edirəm. Əslində Tramp S-400 məsələsində Türkiyənin ehtiyaclarını, niyə bu sistemə ehtiyac duyduğumuzu və necə bir nöqtəyə gəldiyimizi bilir. Təhdid dili ilə danışmaq heç kimə fayda verməz."



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR