MDB Oyunlarının keçiriləcəyi şəhər və vaxt dəqiqləşib

MDB Oyunlarının keçiriləcəyi şəhər və vaxt dəqiqləşib
12:32 27 İyun 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarının keçiriləcəyi şəhər və vaxt dəqiqləşib. 
"Report" TASS-a  istinadən xəbər verir ki, bu barədə Tatarıstan İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ilk yarış 2020-ci il 20 - 27 avqustda Rusiyanın Kazan şəhərində təşkil olunacaq. 
MDB Oyunlarının iştirakçıları Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, ÖzbəkistanUkrayna olacaq. Bunlara əlavə olaraq,Təşkilat Komitəsi digər ölkələri dəvət edə bilər. Kazanda 2000-dən çox idmançı və 600 rəsmi şəxsin iştirakı gözlənilir.
Oyunlarda cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, futzal, boks, tayland boksu, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, ağırlıqqaldırma, güləş, qol güləşi, kəmər güləşi, basketbol və atletika idman növləri olacaq. 
Turnir çərçivəsində həmçinin işgüzar proqram "MDB Forumu - idmanın əhatəsi" və geniş mədəni-əyləncəli proqram gözlənilir.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/mdb-oyunlarinin-kecirileceyi-seher-ve-vaxt-deqiqlesdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR