Mariya Stadnik yarımfinalda - Avropa oyunları

Mariya Stadnik yarımfinalda - Avropa oyunları
14:22 27 İyun 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki,  bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

50 kq

Güləşçimiz Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, bu mərhələdə Anna Lukasiakdan (Polşa) güclü olub - 10:0. Güləşçimiz rəqibini 52 saniyəyə məğlub edib. Stadnik yarımfinalda  Evin Demirhanla (Türkiyə) qarşılaşacaq.

57 kq

Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finalda Ramona Qalambos (Macarıstan) ilə üz-üzə gəlib və 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

62 kq

Elmira Qəmbərova 1/8 finalda  Luzi Manke (Almaniya) ilə qarşılıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Qəmbərova 1/4 finalda Katarzina Madrovska (Polşa) ilə görüşəcək.

76 kq

Səbirə Əliyeva isə ilk olaraq Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Georgina Neltorpla (Böyük Britaniya) üz-üzə gələcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/766460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR