Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib

Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib
14:22 27 İyun 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində qətl hadisəsi törədilib.
"Report"un yerli bürosu xəbər verir ki, 40 yaşlarında olan kişi odlu silahla qətlə yetirilib.
Qaracalar kənd sakinləri bildiriblər ki, qətlə yetirilən şəxs Gürcüstanda yaşamayıb və o, bir neçə gün bundan öncə anasına baş çəkmək üçün kəndə gəlib.
Qətlin keçmişdə baş vermiş münaqişə zəminində törədildiyi bildirilir.
Faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustana-anasini-ziyarete-geden-azerbaycanli-qetle-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR