Okeanın dərinliklərində şirin sulu dəniz kəşf edildi

Son buz dövründə istilik düşərkən və planet buz bağladıqca dənizlərdə qat-qat buz təbəqələri meydana gəlmişdir. Zaman keçdikcə okeanların altında qalan bu təbəqələr çöktükləri nöqtədə şirin su dənizləri yaratdılar. Varlıqları insanlığa məlum olan bu su kütlələri gələcəkdə su çatışmazlığı probleminin həlli üçün istifadə edilə bilər.

Metbuat.az bildirir ki, bu su kütlələri əslində 1970-ci ildə kəşf edilmişdi. Neft quyusu qazmağa çalışarkən qəza nəticəsində tapılan bu kütlələrin həcmləri isə bilinmirdi.

"Scientific Reports"da yayımlanan bir elmi məqalədə bildirilir ki, Kolumbiya Universiteti araşdırmaçıları 10 gün boyunca şirin su hövzəsinin xəritəsini çıxardı. Nyu-Cersidən Massaçusetsə qədər olan ərazini incələyən araşdırmaçılar elektromaqnit dalğalarla araşdırma aparıb.


Elektromaqnit dalğaların duzlu su və şirin suda frqli şəkildə hərəkət etməsindən istifadə edən alimlər sahilin 80 kilometrliyində başlayan və səthdən 183 kilometr dərində olan şirin su kütləsi tapıblar.

Bu su kütlələri tam olaraq şirin su olmasa da, okean sularına nisbətən daha as duzludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR