Ermənistan qatil rus əsgərini istəyir

Ermənistan qatil rus əsgərini istəyir
21:52 15 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş prokuroru Qevork Kostanyan rusiyalı həmkarına müraciət edərək Gümrüdə kütləvi qətl törətməkdə ittiham olunan Rusiya hərbçisi Valeri Permyakovun işinin erməni yurisdiksiyasına verilməsini xahiş edəcək.
 
“Siz məndən Rusiyanın baş prokuroruna məktub yazmağı tələb edirdiniz. Mənim sizə cavabım belədir: mən belə bir xahişlə Rusiyanın baş prokuroruna müraciət etmək niyyətindəyəm ki, iş tamamilə erməni yurisdiksiyasına verilsin”.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kostanyan Gümrüdə keçirilən etiraz aksiyasının iştirakçılarına bildirib.
 
Qeyd edək ki, bu gün axşam saatlarında Gümrüdə prokurorluq binasının qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Avetisyanovlar ailəsinin qətlində ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun erməni tərəfinə verilməsini tələb ediblər.
 
Məlumata görə, aksiya zamanı etirazçılar Valeri Permyakovun şəkillərini yandırıblar.
 
Bundan əvvəl Ermənistan İstintaq Komitəsi Gümrüdə 6 nəfərin qətli ilə bağlı cinayət işi üzrə Rusiyanın 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakovun müttəhim qismində cəlb olunması barədə qərar verib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/51654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR