Elmar Məmmədyarov Mixael Şpindeleqqer ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Baş direktoru Mixael Şpindeleqqer ilə görüşdü.

Metbuat.az bildirir ki, görüş zamanı “Azərbaycanla Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsi çərçivəsində Bakıda keçirilən “Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda illik beynəlxalq konfrans zamanı faydalı müzakirələrin aparıldığı qeyd edildi. Miqrasiya məsələsinin hazırda beynəlxalq gündəlikdə, o cümlədən Aİ üçün önəm kəsb edən ən vacib məsələlərlədən biri olduğu ifadə edildi.

Tərəflər Azərbaycanın Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə miqrasiya sahəsində sıx əməkdaşlıq etdiyini bildirərək, MOBILAZE layihəsinin Aİ-Azərbaycan arasında əməkdaşlığın mühüm ölçüsü olan yerdəyişmə proseslərini və insanlararası əlaqələri dəstəkləməkdə rolunu yüksək qiymətləndirdilər. Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya sazişlərin bu ölçüyə xidmət etdiyini söyləyərək sözügedən sazişlərin icrasında Azərbaycanın sadiqliyini xüsusilə vurğuladılar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişə nəticəsində ölkəmizin geniş miqyaslı daxili miqrasiya problemi ilə üzləşdiyini bildirdi. Nazir Elmar Məmmədyarov Azərbaycanın müvafiq qurumlarının səyi nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər görüldüyünü xüsusilə qeyd etdi. Eyni zamanda Nazir həmsöhbətini münaqişənin həllinin üzrə aparılan danışıqlar prosesinin son durumu ilə bağlı məlumatlandırdı.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR