G20 Zirvəsi başladı - Proqram

Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 Zirvəsi başlayıb.

Metbuat.az bildirir ki, 2 gün davam edəcək G20 Zirvəsi Yaponiyanın Baş naziri Şinzo Abenin qonaq liderləri qarşılaması və ailə fotosu çəkdirməsi ilə start götürüb. G20 liderləri, dəvətli ölkələrin dövlət və hökümət rəhbərləri və bəzi beynəlxalq qurumların rəhbərləri zirvənin keçiriləcəyi "İNTEX Osaka" mərkəzinə gəliblər. Yaponiya Baş naziri Abe liderləri mərkəzin önündə hazırlanan platformada qarşılayıb.

Qarşılamanın ardından Abe və aralarında Rəcəb Tayyib Ərdoğan, Donald Tramp, Vladimir Putin və Şi Çinpinqin də olduğu qonaq ölkə rəhbərləri platformada yerlərini alıblar. İlk olaraq liderlər "Digital iqdisadiyyat" adlı tədbirə qatılıblar.

Zirvənin ilk iclası isə "Qlobal iqtisadiyyat, Ticarət və Sərmayələr" mövzusu ilə keçiriləcək. Bu iclasdan sonra ikili görüşlər olacaq, bundan sonra "Yenilik" adlı iclas keçiriləcək. Zirvənin ilk günü qlobal mədəniyyət tədbiri və liderləri şam yeməyi ilə sona çatacaq.

Zirvənin ikinci günü "Qadının gücləndirilməsi" adlı iclasla başlayacaq. Daha sonra isə "Bərabərsizlikləri aradan qaldırmaq - Əhatəli və davamlı dünya yaratmaq" adlı iclas baş tutacaq. Günortadan sonra isə liderlərin "İqlim dəyişikliyi - Mühit və Enerji" adlı son iclası keçiriləcək.

Həmçinin zirvədə Türkiyə prezidenti R.T.Ərdoğan ilə Rusya prezidenti V.Putin arasında və Ərdoğan ilə ABŞ prezidenti D.Tramp arasında ikili görüşlər keçiriləcək. S-400 müdafiə sistemlərinin və F-35 qırıcı təyyarələrinin alınma müddəti bu görüşlərdə əsas müzakirə mövzüsu olacaq.

Bundan başqa Donald Tramp ilə Çin prezidenti Şi Çinpinq arasında keçiriləcək ikili görüşdə iki ölkə arasındakı ticarət müharibəsi müzakirə ediləcək.

Qeyd edək ki, 2 min jurnalistin izlədiyi zirvəyə 19 dövlət lideri və 30 min nəfər qatılıb. Zirvə müddətində Osaka şəhərində 32 min polis iş başında olacaq, "İNTEX Osaka" mərkəzinə gedən yollar və əhatə nəqliyyat üçün qapalı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR