Putinlə görüş öncəsi İngiltərə Baş nazirindən sərt açıqlamalar

Yaponiyadakı G20 Zirvəsi çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə ikili görüşdən əvvəl açıqlama verən İngiltərə Baş naziri Tereza Mey sərt fikirlər səsləndirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Tereza Mey keçən il İngiltərədə qızına qarşı həyata keçirilmiş hücum barədə danışıb. O, agent Sergey Skripal ilə qızı Yuliaya edilən kimyəvi hücumun günahkarlarının ədalət qarşısına çıxarılması üçün əllərindən gələni edəcəklərini bildirib.

Rus kəşfiyyatçısı olan 2 nəfər tərəfindən həyata keçirildiyi iddia edilən hücumu "alçaq hücum" adlandıran Mey bildirib:

"Rusiya öz vətəndaşlarının iadəsinə icazə vermir, ancaq bu 2 agent üçün Avropada həbs qərarı çıxarıldı və Rusiyanın xaricinə çıxacaqları təqdirdə həbs olunacaqlar. Rusiya dünya miqyasında istiqrarı poza biləcək davranışlarına son verməlidir. Buna dezinformasiya və kiber hücumlar da daxildir".

Həmçinin Tereza Mey Putin ilə görüşdə əl sıxarkən gülümsəməyib və son dərəcə ciddi ifadə sərgiləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR