Yarım tonluq yeni quş növü tapıldı - Elm adamları şokda

Krımda bir mağarada aparılan tədqiqatlar zamanı təxminən 3,5 metr boyunda və 500 kiloqram çəkidə olan qədim quş qalıqları tapılıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu planetimizdə yaşamış olan ən böyük quşlardan biri olub. 1.2-2 milyon il əvvəl mövcud olduğu düşünülən quş öz dövrünün ən iri quş növü olub. Araşdırma rəhbəri Nikita Zelenov Avropada bu qədər böyük quş görülmədiyini, tapdıqları quşun hardasa qütb ayıları qədər olduğunu deyib.

Görünüş olaraq müasir dəvəquşuları xatırladan bu heyvan onlardan daha sürətli qaça bilirmiş. Mağarada həmçinin çaqqal, çita kimi heyvan qalıqları da tapılıb.

Qeyd edək ki, araşdırma haqqında "Journal of Vertebrate Paleontology"da yazılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR