NATO-nun erməni ümidi

NATO-nun erməni ümidi
22:06 15 Yanvar 2015
101 Dünya
Ölkə mətbuatı
A- A+

Ümid edirik ki, Ermənistan hökuməti Gümrü hadisələrinə görə ölkədə yaranmış ağır vəziyyətdən çıxmaq üçün düzgün qərar verə biləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə NATO baş katibinin ənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay açıqlama verib.

"Mən iki şeyi qeyd etmək istəyirəm. Birincisi, Gümrüdəki qətl dəhşətli insan faciəsidir, ikincisi ümid edirik ki, Ermənistan hakmiyyəti ölkədən yaranmış vəziyyətdən çıxa biləcək", deyə Appaturay bildirib.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü güllələnərək öldürülmüşdü. Sonradan qətli Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən törədildiyi məlum olmuşdu. Bundan sonra Ermənistanda Rusiya əleyhinə aksiyalar alovlanmışdı. Aksiyalarda Rusiya prezidenti Vladimir Putinin Ermənistandan üzr istəməsini istəyənlər də var idi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR