Ermənistanda polis daşqalaq olundu, yaralılar var - FOTO

Ermənistanda polis daşqalaq olundu, yaralılar var - FOTO
22:17 15 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhər prokurorluğu binasının qarşısında polis qüvvələri və etirazçılar arasında toqquşmalar başlayıb, xəsarət alanlar var.
 
Milli.Az APA-ya istinadən bildirir ki, polis aksiyanın dağıdılması üçün xüsusi vasitələrdən – işıq-səs qumbaralarından istifadə edir. Məlumata görə, hər iki tərəfdən xəsarət alanlar var.
 
Gərgin vəziyyət həmçinin Rusiyanın Gümrüdəki konsulluğu qarşısında müşahidə olunur. Bina polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Etirazçılar polis əməkdaşlarını daş-qalaq edərək binaya yaxınlaşmağa cəhd edirlər.
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/51601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR