Komada olarkən beyinin fəaliyyəti davam edirmi? - Alimlər araşdırıb

Xəstəxanada yatarkən reaksiyasız görünən, insanlara cavab verməyən xəstələrin beyinlərində fəaliyyətin davam etdiyinə dair sübutlar tapılıb.

Metbuat.az bildirir ki, komada yatan insanların ətrafda olanları qəbul edib etmədikləri uzun müddətdir müzakirə edilirdi. Bəzən xəstələrin ona deyilənləri anladığı düşünülürdü, bəzən isə xarici dünya ilə əlaqənin tam qopduğuna inanılırdı.

Bu barədə aparılan bir araşdırmaya görə, ciddi beyin zədəsi olan insanların 15%-i komada olsalar da, ətrafda olanları beyinləri qəbul edir.

Araşdırmaçılar "EEG" adlı vasitə ilə komada olan insanları izləyib. Kolumbiya Universitetindən Yan Klassenin rəhbərlik etdiyi araşdırmaya 104 xəstə qatılıb. Onların 15%-i "Sol əlini qaldır" əmrinə reaksiya veriblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR