5 gündə 5 kq arıqlamaq iatəyənlərə - YEMİŞ PƏHRİZİ

5 gündə 5 kq arıqlamaq iatəyənlərə - YEMİŞ PƏHRİZİ
17:38 29 İyun 2019
Ölkə mətbuatı
A- A+

Yay aylarında ən az qarpız qədər sevilən yemiş sağlamlıq baxımından da olduqca yararlı giləmeyvədir.

Publika.az xəbər verir ki, yemiş A, B, B1, C vitaminləri, kalium, yod, brom mineralları ilə zəngindir.

Meyvəsinin, demək olar ki, hamısı sudan ibarət olan yemiş yuxusuzluq, stress, qansızlıq, damar tıxanıqlığı və revmatizm kimi narahatlıqların öhdəsindən gəlir. Eyni zamanda, yay aylarında artıq çəkidən qurtulmaq istəyən qadınların imdadına çatır.

Yemiş şəkərli tərkibi ilə pəhriz menyusuna uyğun qida hesab edilmir. Lakin bunu iddia edənlər həm də bilməlidir ki, diqqətli şəkildə yeyiləndə yemişin heç bir zərəri olmur. Hətta çəki atmağa yardım edir, metabolizmi sürətləndirir.

Yemişlə pəhriz

Səhər:

İstənilən qədər yemiş və 1 fincan şəkərsiz çay

Ara öyün:

1 kasa az yağlı yüngül qatıq

Günorta:

100 qram yağsız bişirilmiş toyu şnitzel

İstədiyiniz qədər təzə yemiş

1 fincan şəkərsiz çay

Ara öyün:

İstədiyiniz qədər yemiş

Axşam:

100 qram yağsız qızarmış balıq əti

İstədiyiniz qədər yemiş

Tox qalmaq və enerji almaq üçün yetişmiş qovunlardan seçin. Lakin içindəki şəkərin çəki atmağı çətinləşdirməməsi üçün 3 öyünün 2-də daha az yetişmiş yemiş tövsiyə olunur. Bu pəhrizlə 5 gündə 5 kq çəki ata bilərsiniz.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/283287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR