Ermənistan dağılır: 12 yaralı

Ermənistan dağılır: 12 yaralı
22:31 15 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda etiraz aksiyaları zamanı yaralananlar olub.

ANS PRESS-in məlumatına görə, Gümrü şəhərində polis və nümayişçilər arasında toqquşmalarda 12 nəfər xəsarət alıb.

Yaralılardan 8-i tibbi xəstəxanaya yerləşdirilib. Yaralılar arasında polislər də var. 3 polis xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hazırda Gümrüdə yerləşən Rusiya konsulluğunun binası qarşısında vəziyyətin nəzarətdən çıxdığı bildirilir. Polis əməkdaşları tərəfindən mühasirəyə alınan bina nümayişçilər girməyə çalışırlar. Polislərə daş atan atan nümayişçilərə qarşı qaz bombalarından istifadə edildiyi də bildirilir. Polisin işıq bombalarından da istifadə etdiyi görüntülərdə yer alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR