Tramp Şimali Koreya sərhədini keçən ilk ABŞ prezidenti olub

Amerika lideri Donald Tramp Şimali Koreya ərazisinə keçib.

Metbuat.az xəbər verir ki, o bunu Şimali və Cənubi Koreya dövlətləri arasında yerləşən Pxanmuncom sərhəd məntəqəsində KXDR lideri Kim Çen İnlə görüş zamanı edib.

ABŞ prezidenti şimali koreyalı həmkarı ilə bir neçə dəqiqəlik sərhəd xəttinin KXDR tərəfinə keçib və bununla da Şimali Koreya ərazisinə ayaq basan ilk ABŞ prezidenti olub.

Daha sonra iki ölkə iCənubi Koreya tərəfində yerləşən Azadlıq evində görüş keçiriblər.(Report.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR