"Etibarlılığımız ləkələndi" - Fransa prezidenti əsəbləşdi

Avropa Birliyi Kimissiya sədri, Şura sədri, Avropa Mərkəzi Bankının sədri kimi vəzifələrin paylaşımı üçün Brüsseldə keçirilən iclaslarda razılıq əldə edilməməsi Fransa prezidenti Emanuel Makronu əsəbləşdirib.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, 2 iyulda davam edəcək iclasdan məmnun olmayan Makron bildirib ki, Avropanın ciddi imicini zədələyirik, etibarlılığımız bu iclas ilə ləkələndi.

Sədrliklər üçün bir neçə ad müəyyən etməkdə belə anlaşa bilməmələrindən şikayət edən Makron verilən qeyri-ciddi və uyğunsuz görüntünün Avropa Birliyinə zərərli olacağını deyib:

"Ölkələr öz çıxarlarını güdürlər, həmçinin içlərindəki siyasi bölünməyə uyğun qərar verməyə çalışırlar. Çox gizli agent də var. Fransa ən başından bəri hərkəs üçün qəbul edilə biləcək qəlib tapmağa çalışır. Bu uğursuzluğun masada yeri olmayan bölünmələrdən və fərdi çıxarlardan qaynaqlandığı aşkardır".

Makron həmçinin bildirib ki, iclaslarda bir ara razılığa çox yaxın idilər, lakin nəticə əldə olunaraq səsvermə aparılmadı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR