"Bu terrorçuların ABŞ-a hücumuna zəmin yarada bilər" - Donald Tramp

ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı əsgərlərini geri çəkmək istədiklərini bildirib.

Metbuat.az xarici mətbuata istinadən bildirir ki, Tramp bunu "Fox News"a açıqlamasında deyib. Prezident bildirib ki, bu məsələdə önlərində bir çox problem durur:

"Əsgərlərimizi geri çəkmək istəyirəm, lakin orada güclü bir kəşfiyyat buraxmalıyam. Orada terrorçular üçün gizlənəcək çox yer var. Sanki terrorçular üçün bir laboratoriyadır. Terrorçuların "Harvard"ı demək olar. Lazımlı hazırlıqlar görülmədən əskərləri geri çəksək oradakı terrorçular güclənib ABŞ-a qarşı hücuma cəhd edə bilərlər".

Qeyd edək ki, Tramp əvvəllər də Əfqanıstandan əsgərlərini çəkməyi düşündüyünü bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR