Ermənistanda etiraz aksiyaları zamanı 12 nəfər xəsarət alıb

Ermənistanda etiraz aksiyaları zamanı 12 nəfər xəsarət alıb
22:53 15 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Ermənistanda etiraz aksiyaları zamanı 12 nəfər xəsarət alıb.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə,, Gümrü şəhərində polis və nümayişçilər arasında toqquşmalarda 12 nəfər xəsarət alıb.

Yaralılardan üçü polis olduğu bildirilir.

Hazırda Gümrüdə yerləşən Rusiya konsulluğunun binası qarşısında vəziyyətin nəzarətdən çıxdığı bildirilir.

Qeyd edək ki, bazar ertəsi Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib. Rusiya sərhədçiləri tərəfindən ələ keçirilən V.Permyakov artıq günahını etiraf edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2353830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR