Cəsədini araşdırma üçün bağışlayan qadının orqanlarının tərs tərəfdə olduğu müəyyən edildi

Amerikanın Oraqon əyalətində qeyri-adi bir hadisə baş verib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Oreqon Sağlamlıq və Elm Universitetində oxuyan 26 yaşlı tibb tələbəsi Varren Nielsenvə dörd yoldaşının qarşısına araşdırma üçün bir cəsəd qoyulub.

Tələbələr insan bədəninin möcüzələrini araşdırmaq istəyərkən başqa bir möcüzə ilə qarşılaşıblar.

Nielsen və dostları 99 yaşlı təbbi yolla dünyasını dəyişən Rose Marie Bentleyə aid olan cəsədi araşdırarkən gördüklərinə inana bilməyiblər. Çünki Bentleyin orqanları sanki bədən içinə güzgü tutulmuş kimi tərs dururdu.

Ürəyi də daxil olmaqla bütün orqanları tərs tərəfdə yerləşən Bentleyin 99 il boyunca problemsiz bir şəkildə yaşaması və bundan xəbərdar olmaması hər kəsi şok edib. Mütəxəssislər bu vəziyyətin 50 milyonda bir görüldüyünü açıqlayıb.

Bu xəstəlik hamiləliyin erkən mərhələlərində yaranır və ürək xəstəliklərinə səbəb olur. Bu səbəblə xəstələrin sadəcə 8 faizi 5 yaşından daha uzun yaşaya bilir. Bentleydən əvvəl bu xəstəliklə uzun müddət yaşayanlar 73 və 13 yaşlarında olan iki nəfər olub.

https://metbuat.az/news/1217175/bu-goruntuleri-goren-gozlerine-inana-bilmir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR