"Qarabağ"ın məşqçisi Amsterdam xəstəxanasında: ürəyi dayandı

"Qarabağ"ın məşqçisi Amsterdam xəstəxanasında:   ürəyi dayandı
22:57 15 Yanvar 2015
119 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya gedib. Klubun məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətəninə işguzar səfərə yollanıblar.

Fanat.az xəbər verir ki, səfər zamanı "Qarabağ"ın 17 yaşlılardan ibarət komandasının köməkçi məşqçisi Cavad Mirzəbəylinin səhətində problem yaranıb. Belə ki, onun ürəyi anidən dayanıb. 

"Qarabağ"ın təşəbbüsü ilə Cavad Mirzəbəyli Amsterdamın ən yaxşı ürək xəstəxanasına yerləşdirilib. Yüngül əməliyyatdan sonra vəziyyəti yaxşılaşan məşqçi hazırda palataya yerləşdirilib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-mqcisi-amsterdam-xstxanasnda-t17485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR