Bildirçin yumurtasının inanılmaz faydaları

Bir çox insan bildirçin yumurtasının faydalarından xəbərsizdir.

Metbuat.az xəbər verir ki, son zamanlarda edilən araşdırmalarda bu yumurtanın asanlıqla tapıldığı və çox faydalı bir yumurta növü olduğu ortaya çıxıb. Ağırlıq olaraq düşünüldükdə 3-4 bildirçin yumurtası təxmini olaraq 1 toyuq yumurtasına bərabərdir. Amma tərkibindəki minerallar, vitaminlər və qidalandırıcı cəhətdən bildirçin yumurtası toyuq yumurtasından daha faydalıdır.

Tərkibində olan yüksək A və B2 vitaminləri bədənin vitamin ehtiyacını qarşılayır. Yüksək miqdarda protein və amino asit tərkiblidir. Astma kimi nəfəs yolu xəstəliklərinə faydalıdır. böyrək daşının asanlıqla düşməsinə kömək edir. İmmunitet sistemini gücləndirərək bədəni xəstəliklərdən qoruyur. Ürək əzələlərini gücləndirərək ürək xəstəliklərinə tutulma riskini azaldır. Ültser və qastrit kimi mədə xəstəliklərinin sağalmasına kömək edir. Çəkini nəzarətdə saxlayaraq piylənmənin qarşısını alır.

Bundan başqa alergik xəstəliklərə, dəri xəstəliklərinə olduqca faydalıdır.

Bildirçin yumurtası çiy olaraq yeyilməlidir. Bir stəkanın içinə bildirçin yumurtasını qırın, stəkanı tamamilə süd ilə doldurun və 1 çay qaşığı bal əlavə edin. Bu qarışım öskürək və alergik reaksiyalara olduqca faydalıdır. Bədəni qüvvətləndirir və immunitet sistemini gücləndirir. Hər gün 1 stəkan içmək kifayətdir. Artıq içildikdə zərərli ola bilər. 15 gün bu qarışımı itifadə etdikdə öskürək və alergik reaksiyalardan xilas ola bilərsiniz.

Bu qarışımı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyyə olunur.

https://metbuat.az/news/1217736/bir-qolu-olmayan-qadin-meshur-kaman-ifacisi-oldu.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR