"ABŞ və Avropaya tövsiyə edirik ki..." - Həsən Ruhani

İran Prezidenti Həsən Ruhani iyulun 7-dən etibarən zənginləşdirilmiş uran səviyyəsinin 3,67-yə qalxacağını açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Ruhani müqaviləni imzalayan ölkələrin öhdəliklərini yerinə yetirmələri halında Tehranın da müqaviləyə bağlı qalacağını deyib. İran Prezidenti bildirib ki, ABŞ və Avropaya müzakirə masasına geri dönmələrini tövsiyə edirik.

Qeyd edək ki, İran yaxın günlərdə uran limitini nüvə anlaşmasında müəyyən edilən 300 kiloqram limitin üstünə çıxardıqlarını açıqlamış, ABŞ-dan qınaq mesajları gəlmişdi. mayın 8-də müqaviləni imzalayan ölkələrə 2 ay vaxt verən İran zənginləşdirilmiş uran miqdarını artıracaqlarını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR