Aya ilk ayaq basılan anın görüntüləri hərraca çıxarılacaq - FOTO

Amerikan Beynəlxalq Aviasiya və Kosmos Agentliyinin (NASA) 1976-cı ildə səhvən başqa 65 kasetlə birlikdə 217 dollara satdığı Aya ilk ayaq basılan anın görüntülərinin yer aldığı 3 kaset hərrac üsulu ilə satılacaq.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Aya ayaq basılmasının 50-ci il dönümü olan 20 iyulda bu tarixi anın görüntüləri hərrac evi “Sothebys” tərəfindən hərraca çıxarılacaq.

Bugünə qədər qorunan 2.5 saatlıq görüntülərin yer aldığı 3 kaset üçün açılış qiyməti 700 min dollardan başlayacaq. Kasetlərin 2 milyon dollara alıcı tapacağı gözlənilir.

Görüntülərdə kosmonaft Neil Amstrongun Aya ilk ayaq basdığı anlar və Amerikanın həmin dövrdəki prezidenti Riçord Nixon söhbəti yer alır.


https://metbuat.az/news/1218398/heqiqetde-movcud-olmayan-restoran-ucun-insanlar-siraya-girdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR