​Sarımsağı süd ilə birlikdə yedikdə

Sarımsağı süd ilə birlikdə yedikdə

Pəhriz mütəxəssisi Şebnem Kandıralı Yıldırım sarımsağın bir çox faydası olduğunu və edilən bir araşdırmada süd ilə birlikdə yeyildikdə ağız qoxusunu azaltdığını deyib.

Metbuat.az-ın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, araşdırmalar sarımsaq yemənin döş xərçəngi riskini azaltağa kömək etdiyini göstərib.

Elm adamları qida zəhərlənmələrində tez-tez qarşılaşılan “campylobacter jejuni” bakteriyasına qarşı ənənəvi antibiotiklərdən başqa sarımsağın 100 qat daha təsirli olduğunu müəyyən ediblər.

Araşdırmalara görə allium tərəvəzlərindən (soğan, sarımsaq, kəvər) istifadə edən insanlarda artritə daha az rast gəlinir. Sarımsaq əzildikdə tərkibindəki hidrogen sulfit açığa çıxır, bu da qan təzyiqi səviyyəsini dəstəkləyir və ürəyə də bir çox faydası var.

Araşdırmalar zamanı sarımsağın süd ilə birlikdə yeyilməsinin ağız qoxusunu azaltdığı müəyyən edilib. Sarımsağı əzilmiş və çiy olaraq yeyilməsinin mütləq olduğunu ifadə edən Yıldırım “quru və ya toz sarımsaq əvəzinə yeməklərdə təzə olaraq istifadə edin”.

Bundan başqa hər gün bir stəkan südə əlavə olunan sarımsaq astma xəstəliyinin müalicəsinə kömək edir. Ayaqlarda və digər oynaqlarda yaranan ağrılara faydalıdır. Sarımsaq bədəndə olan toksinləri atır. Süd ilə qarışdırıldıqda bu faydalar iki dəfə çoxalır. Qaraciyərdə qaynaqlanan problem səbəbi ilə ortaya çıxan sarılıq xəstəliyi gündə bir stəkan sarımsaqlı süd içildikdə müalicə olunur.

Bir stəkan süd ilə 3-4 diş əzilmiş sarımsağı qaynadın və soyumasını gözləyin. Zövqə görə bal ilə dadlandıra bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR