Antalyada turizm vergisi tətbiq etmək istəyirlər

Antalyada turizm vergisi tətbiq etmək istəyirlər
23:57 3 İyul 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, merin bu təklifi Türkiyə mətbuatında və peşəkarlar arasında qızğın müzakirəyə səbəb olub. Turistlərdən vergi tutulması təcrübəsi dünyada çoxdan tətbiq olunur. Müxtəlif ölkələrdə onu "şəhər vergisi" və ya "yaşayış üçün vergi" adlandırırlar.

Keçən il əcnəbi turistlər Türkiyədə toplam 112,2 milyon gecə keçiriblər. Ekspertlərin hesablamalarına görə, əgər bu ölkədə, məsələn, bir gecə üçün 5 avro məbləğində turizm vergisi tətbiq edilsəydi, bələdiyyələr bu hesaba azı 3,7 milyard türk lirəsi və ya 561 milyon avro məbləğində əlavə gəlir əldə edə bilərdilər.

Ölkəyə əcnəbi turist axınının 68 faizə qədəri Antalyanın payına düşür. Bunu nəzərə alsaq, həmin turistlər Antalyada keçənilki qədər gecələyəcəyi halda Antalya bələdiyyəsinin gəliri 351 milyon avrodan çox ola bilər. Müqayisə üçün deyək ki, həmin sistem üzrə İstanbulun gəliri 100,5 milyon avro ola bilər.

Türkiyə şəhərləri arasında turizm vergisinin tətbiqi ilə bağlı eksperiment keçirə biləcək ilk şəhər yəqin ki, Antalya olacaq. Hazırda turizm vergisinin otel nömrəsinə görə, yoxsa adambaşı, sabit məbləğdə, yoxsa faiz kimi tutulması məsələsini həll etmək lazımdır. Eyni zamanda, nəzərdə tutulan verginin məbləği yekunda 5 avrodan xeyli az ola bilər. Məsələn, şəhər turizm şurasının sədri Rəcəb Yavuz bildirib ki, Antalyada hər turistdən bir gecə üçün 1,5 avro məbləğində vergi tutmaq və bu halda uşaqları vergi ödəyicilərinin siyahısına daxil etməmək nəzərdə tutulur. Onun fikrincə, "turistlərin bu məsələyə münasibətinə görə ciddi narahat olmağa dəyməz, ona görə ki, Türkiyəyə istirahət etməyə gələnlər bu ölkəni burada vergi olmamasına görə deyil, cəlbedici qiymətə əla məhsul aldıqlarına görə seçirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/768055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR