Peyğəmbərlə bağlı bu əhvalat doğrudurmu?

Peyğəmbərlə bağlı bu əhvalat doğrudurmu?
23:22 15 Yanvar 2015
161 Sosial
Ölkə mətbuatı
A- A+

Peyğəmbərin uşaq vaxtı mələklər tərəfindən sinəsinin yarılması əhvalatı doğrudurmu? 
Milli.Az islam.az-a istinadən bildirir ki, əsasən, əhli-sünnə mənbələrində qeyd edilən rəvayətə görə, İslam peyğəmbəri uşaq yaşlarında süd anası Həlimənin yanında qaldığı zaman bir gün uşaqlarla çöldə oynayırmış. Bu vaxt bir neçə mələk onun sinəsini yarmış və ürəyinin içindən qara bir ləkəni götürüb atdıqdan sonra yenidən sinəsini bitişdirmişlər.

Buna “şərhi-sədr” (sinənin yarılması) əhvalatı deyilir. Hətta bu rəvayətin tərəfdarları Quranın İnşirah surəsinin ilk ayəsini də bunun sübutu sayırlar. Lakin şiə məzhəbinə görə, bu rəvayət mötəbər sayılmır.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR