Azərbaycanlı milyonçunun adı zibillə çirklənir

Azərbaycanlı milyonçunun adı zibillə çirklənir
23:52 15 Yanvar 2015
175 Sosial
Ölkə mətbuatı
A- A+

Şabranda Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri zibilin təmizlənməməsindən şikayətçidirlər. Vəziyyət o həddə çatıb ki, Milli Qəhrəmanın ana və bacısı küçələrindəki zibillik əlindən köçüb getmək istəyir.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, zibilxanaya çevrilən Şabran şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsidir. Məşhur milyonçu Zeynalabdin Tağıyevin Xaçmazdan çəkdirdiyi Şollar su kəməri də məhz bu küçənin yaxınlığından keçir, xeyriyyəçi indi sağ olsaydı, yəqin ki, tərəddüd etmədən su kəmərinin ağzını bu tərəfə çevirərdi ki, bəlkə zibil yığınını yuyub apara. Amma çətin ki, su, it-pişik cəmdəyi, dəri tikələri ilə dolu olan bu çirkabı təmizə çıxarsın. Artıq uzun müddətdir ki, antisanitariya da yaşamaq məcburiyyətində qalan Milli Qəhrəman Roman Yusifovun ailəsi də bu dəhşətli üfunətdən canını qurtarmağın yolunu köçüb getməkdə görür.
 
Şikayətçi Kübra Yusifova yaranmış vəziyyətin dözülməz olduğunu dedi: “Burda yaşamaq mümkün deyil. Necə yaşayım? Bu zibilliyin əlindən yaşamaq mümkün deyil".
 
Şikayətçilər küçədəki zibilliyin tam təmizlənərək buraya zibil qutularının qoyulmasını tələb edirlər.
 
Şabranın adla tanınan dırnaqarası məşhur zibilliyinə yerli aidiyyatı qurumların nümayəndələrin də gəldilər. Şabran yaşıllaşdırma və təmizlik idarəsinin rəisi Zahir Məmmədov dedi ki, küçəyə hələlik zibil qutuları qoymaq mümkünsüzdür.
 
Şabran şəhər icra nümayəndəliyinin mühəndisi Vüsal Rüstəmov isə küçəyə zibil qutularının qoyulması məsələsinə baxılacağını dedi.
 
“Zibilin son vaxtlar burda yığılıb qalmasının səbəbi ola bilər ki, bir neçə gündür havanın soyuq və qarlı olması ilə əlaqədar. Səhər Allah qoysa, burda bir dənə zibil olmayacaq”.
 
Hacı Zeynalabdin Tağıyevin adını daşıyan küçənin zibil yığınından təmizlənməsi üçün qurumlar vəd verdilər. Bu vədi yerinə yetirməmək isə həm Tağıyevin ruhuna, həm də rayon rəsmilərinin öz vəzifələrinə hörmətsizlik olar.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/51269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR