Türkiyədə azərbaycanlı qadın güllələnib - FOTO

Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda 60 yaşlı Gürcüstan vətəndaşı yaşadığı evdə ölü tapılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, həmin şəxsin 60 yaşlı Afət Məmmədli olduğu müəyyən olunub.

Qonşular A.Məmmədlinin evində atəş səsləri eşidildiyi barədə polisə xəbər veriblər. A.Məmmədlinin yaşadığı evə gələn təcili tibbi yardım maşını və polis əməkdaşları onun silahla qətlə yetirildiyini müəyyən ediblər.

Qadının evində iki güllə gilizi tapılıb.

Qətli törədən şəxs və ya şəxslərin axtarışları istiqamətində tədbirlər həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR