"Ⅰ ƏKİNÇİ KUBOKU" sabah start götürür - Püşk atıldı

“Azfar Group”un təşkilati dəstəyi, "4çarx Təkər Mərkəzi"nin təşkilatçılığı, “Mammedoff Group”un baş sponsorluğu, "İrşad Elektroniks"in sponsorluğu ilə jurnalistlər arasında mini-futbol üzrə “Ⅰ Əkinçi Kuboku” turnirinin püşk atma mərasimi keçirilib. 12 komandanın iştirakı ilə keçirilən turnir olimpiya sistemi üzrə keçiriləcək. İlk turda 6 oyun baş tutacaq. Bu turun qaliblər növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Əkinçi qəzetinin yaradılmasının 144 illiyinə həsr olunmuş layihənin əsas məqsəd, jurnalistlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, jurnalistlərin asudə vaxtlarını səmərəli keçirməsi və sağlam bədəndə sağlam ruh prinsipi və jurnalistlər arasında xoş ünsiyyətin yaradılmasıdır.

Qeyd edək ki, oyunlar “Azfar Group”un stadionlarında keçilir. Maçtlar səhər saat 10:00-da start götürəcək. Qarşılaşmaları AFFA-nın referləri idarə edəcək. Tamaşaçı qismində iştirak etmək istəyənlər stadiona təşrif buyura bilərlər.

“İnternasional” – “Zborpress” -07.07.2019 saat 10:00-da

“İki Sahil” – “TreMiDaAz”- 07.07.2019 saat 10:00-da

“Yeni Müsavat” – “REAL TV”- 07.07.2019 saat 11:00-da

“İTV” – “APA” - 07.07.2019 saat 11:00-da

“ARB TV” – “ BAKI 2019” - 09.07.2019 saat 18:00-da

“İdman Azərbaycan” – “ Xəzər” -09.07.2019 saat 20:00-da


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR