Lənkəranda minik və yük avtomobilləri toqquşub, ölən var

Lənkəranda şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Gərmətük qəsəbəsində “ГАЗ” markalı yük avtomobili və “Mersedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri aşmış yük avtomobilinin altından sürücü 1993-cü il təvəllüdlü Tahirov Hakim Mübariz oğlunun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR