Onurğada əyrilik yaradan səbəblər

Son illərdə ən geniş yayılan problemlərdən biri də onurğa əyrilikləridir.

Metbuat.az e-tibb.az-a istinadən fizioterapiya və reabilitasiya üzrə mütəxəssis, həkim Pərvin Əkbərovun bununla bağlı məqaləsini təqdim edir.

İnsan orqanizmində həyat tərzindən, işdən asılı olaraq müxtəlif dəyişikliklər baş verir. Belə dəyişikliklərə çox vaxt "peşə xəstəlikləri" deyilir. Peşə xəstəlikləri sırasına müasir dövrün ən qlobal xəstəliklərindən olan onurğa əyriliyi də daxildir. Onurğa əyriliyi ta qədim zamanlardan mövcuddur. Bu xəstəliyi ilk dəfə yunan həkimləri müəyyənləşdiriblər. İlk araşdırmalar mumiyalar üzərində aparılıb: 5 mumiyadan 3-də onurğa əyriliyinə rast gəlinib. Qədim dövrlərdə bu xəstəliyə qarşı müalicə üsulları olmadığından, insanlarda qozbelləşmə hallarına çox rast gəlinirdi. XIX əsrdə onurğa əyriliyinin ən çox yayıldığı ölkə Rusiya olub. Həmin dövrdə demək olar ki, bütün rus məktəbliləri bu xəstəlikdən əziyyət çəkirmişlər.

Onurğa əyriliyi nədir?

Günümüz kompüter və televizor qarşısında oturmaqla keçir. Çox vaxt necə oturduğumuza fikir vermirik. Elə buna görə də insanlar arasında onurğa əyriliyi artmaqdadır. Vücudumuzda iki daşıyıcı sistem mövcuddur. Biri skelet, digəri isə ona yardımçı olan əzələ sistemidir. Əgər əzələ sistemi çox zəifdirsə, onda bütün güc skeletin üzərinə düşür. Onurğa əyriliyi bu zaman meydana çıxır. Bu, təkcə bədənin deformasiyasına deyil, həmçinin digər görkəm pozulmalarına da gətirib çıxarır. Təkcə bel deyil qol, ayaq, çiyin və boyunda da sümüklər əyilir, sızlamalar başlayır.

Onurğa əyriliyinin səbəbləri hansılardır?

· Doğuş zamanı zədə

· Hamiləlik vaxtı ananın düzgün qidalanmaması

· Ağır yük qaldırmaq

· Düzgün oturmamaq

· Revmatizm

Onurğa əyilməsinin üç növü var:

· Skolioz

· Kifoz

· Lordoz

Onurğa əyriliyinin ən geniş yayılan növü skoliozdur. Skolioz onurğa sütununun yana əyilməsi deməkdir. Onurğa S hərfinə bənzəyir. Bu onurğa xaricindəki problemlərdən irəli gəlir. Skolioz ağır və yüngül olur. Əgər bir çox sümüklərdə əyilmələrə rast gəlinirsə, buna "ağır skolioz" deyilir. Sadə skoliozda isə onurğa sütunu əyilməyə başlayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR