Superkubokunu "Lokomotiv" qazandı

Rusiya Superkubokunun qalibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, həlledici qarşılaşmada ötən mövsümün çempionu "Zenit"lə ölkə kubokunun son qalibi "Lokomotiv" üz-üzə gəlib. Moskvadakı "VTB Arena"da keçirilən matçda "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı paytaxt təmsilçisi 3:2 hesablı qələbə qazanaraq, Superkuboka sahib çıxıb.

Qeyd edək ki, bu, "Lokomotiv"in Superkubokda 3-cü qələbəsidir. Moskvalılar bundan əvvəl 2008 və 2015-ci illərdə də "Zenit"i məğlub edərək, titula yiyələniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR